Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər
Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
16 Sentyabr 2023 14:17
3 052
Ukrayna ATACMS raketlərinin tədarükü ilə bağlı Vaşinqtonla danışıqlar aparır və yaxın vaxtlarda bu silahlar Kiyevə veriləcək.
Trend xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, prezident Volodimir Zelenski gələn həftə ABŞ-yə səfəri zamanı Ukraynaya hərbi yardım və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək.
Oleq Nikolenko, həmçinin, yaxın zamanlarda Volodimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “taxıl sazişinə” dair yeni danışıqların baş tutacağını istisna etməyib.
Bir müddət öncə ABŞ hakimiyyət orqanları prezident Cozef Baydenin sentyabrın 21-də Vaşinqtonda Volodimir Zelenski ilə danışıqlar aparacağını elan edib. Ağ Evin məlumatına görə, Ukrayna prezidenti Konqresdə demokratların və respublikaçıların liderləri ilə də görüşmək istəyir.
Qeyd edək ki, HIMARS raket sistemi vasitəsilə buraxıla bilən ATACMS raketləri 300 kilometrədək uçuş məsafəsinə malikdir.