ABŞ ordusunun müsəlman dini xadimi Dünya

ABŞ ordusunun müsəlman dini xadimi

Prezidentliyə respublikaçı namizəd Trampın müsəlman amerikalı əsgərin ailəsi ilə mübahisəsi mediada bir fırtına yaratmışdı, diqqət mərkəzində idi. Lakin Amerika ordusunda diqqətlərdən kənarda minlərlə müsəlman əsgər, dənizçi, təyyarəçi xidmət edir. İslamçı militantların 15 il əvvəl hücum etdikləri Pentaqonda 11 sentyabr anım otağında müsəlmanları ibadətə çağırış səslənir.
Davud Aqbere orduda beş müsəlman dini xadimindən biridir. Pentaqona xidmətə göndərildikdən sonra o burada cümə günü ibadətini icra edir. Habiba Heydər: "O burada icma qurub, bizı ibadət edə bilməyimiz üçün yer təşkil edib. Bu böyük işdir."
Aqbere adi leytenat deyil. O, Qərbi Afrikada Qanada anadan olub boya-başa şatıb. Çaplan Davud: "Atam mənim Qana ordusunda xidmət etməyimi istəyirdi. Amma mən Green Card lotereyasını uddum." "Təkcə Qana deyil, Afrikada böyüyən bir adam üçün Amerika imkanlar ölkəsidir. Oraya getsən hər şey yaxşı olacaq." Lakin bir neçə ay yuxarı siniflərdə müəllim işlədikdən sonra o daha çox intizama ehtiyacı olduğunu görüb.
Çaplain Davud Aqbere: "Hərbi qüvvələrə qoşulmaq mənim üçün asan oldu." Hərbi kariyerası dövrü o, Əfqanistan və İraqda xidmət edib. Çox vaxt o, birləşmədə yeganə müsəlman olub. Leytenant Aqbere deyir ki, o, mədəniyyətlər arasında körpü yaratmağa çalışıb. Aqbere: "Onlar məni bu hərbi geyimdə gördü. Onlar Amerikada, xüsusilə də ABŞ ordusunda müsəlmanlar olduğunu təsəvvür etmirdi və bu bir nəfəri görəndə onlar əvvəlcə heyrətləndi, lakin sonra sevindilər."
Aqbere uşaqlarına İslam dəyərlərini və insan xarakterinin əhəmiyyətini öyrədir. Tilahta Aqbere: "O bizə deyir ki, biz yaxşı qiymətlər ala bilərik, amma xarakter olmadan bunun heç bir əhəmiyyəti yoxdur." Müsəlmanların ABŞ-a gəlməsinə təklif olunmuş qadağa ilə bağlı siyasi polemikanın aparılmasına baxmayaraq, Aqbere öz ailə üzvlərinə başqalarına münasibətdə nəzakətli olmağı öyrədir. Orduda dini xadim kimi, o, 20 ildən artıqdıq Amerika hərbi qüvvələrində xidmət etdir. Lakin leytenant Aqbere onun inancına böhtan atanları heç vaxt mühakimə etməyib. Aqbere: "Mən irəli getmək, öz həyat hekayəmi özüm müəyyən etmək istəyirəm. "