Putin fikrini dəyişdi: Sülh müqaviləsi olmayacaq Dünya

Putin fikrini dəyişdi: Sülh müqaviləsi olmayacaq

Rusiya Suriya münaqişənin nizamlanması haqqında ilkin razılıqlardan imtina edib.

Bu haqda Almaniyanın "Deutsche Welle" (DW) nəşrinə ABŞ Dövlət Departamentindən bildirilib. ABŞ Dövlət Departamentindən bildiriblər ki, saziş uyğunlaşdırmaya yaxın idi, amma Rusiya daha əvvəllər əldə olunan razılaşmalardan imtina edib. "Rusiyalılar o məsələlərdə özlərinin əvvəlki mövqelərinə qayıtdılar ki, biz onların razılaşdırıldığını hesab edirdik. Buna görə də biz konsultasiyalar üçün öz ölkələrimizə yola düşürük", - Dövlət Departamentinin nümayəndəsi deyib.
Daha əvvəl isə "Reuters" agentliyi Rusiya və ABŞ-ın Suriya üzrə razılaşmasının şərtlərini açıqlayıb. Şərtlərə görə, Suriya Hərbi Hava Qüvvələri bombardmanları dayandırmalı, loyal müxalifətin nəzarət etdiyi ərazilərə gedən təchizat dəhlizlərindən Suriya ordusu geri çəkilməli, Hələbə humanitar yardımların çatdırılmasına imkan yaradılmalı idi. Bundan başqa, Hələb silahsızlaşdırılmış zona olmalı idi. ABŞ isə "İslam dövləti"nə (İŞİD) qarşı mübarizə üzrə hərəkətləri Rusiya ilə koordinasiya etməyi öhdəsinə götürürdü.