Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib
Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
"Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb"-Qüdrət Həsənquliyev
Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir
20 Fevral 2024 12:41
2 800
İsveç Ukraynaya 7,1 milyard kron (təxminən 682 milyon dollar) məbləğində hərbi və maliyyə yardımı köçürəcək.
Bu barədə ölkənin müdafiə naziri Pol Junson məlumat verib.
"Bu gün İsveç Ukraynaya ən böyük yardım paketini açıqlayıb. 15-ci paket 7,1 milyard kron təşkil edəcək və Ukraynaya hərbi yardımın ümumi dəyərini 30 milyard krona (təxminən 2,88 milyard dollar) çatdıracaq”, - o, X-ə (keçmiş Twitter) yazıb.
Reuters-in qeyd etdiyi kimi, yeni yardım hərbi texnika və onun alınması üçün vəsait şəklində gələcək. Yanvarın əvvəlində Krallığın xarici işlər naziri Tobias Billström “Xalq və müdafiə” konfransında çıxış edərək, Ukraynaya yardımın İsveçin xarici siyasət sahəsində əsas vəzifəsi olacağını bildirib.
Cavid