

Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatında deyilir ki, Murmansk vilayətində Murmansk və Apatitı hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün, sentyabrın 12-si Moskva vaxtı ilə saat 09:35-dən etibarən Murmansk vilayətində iki hava limanının - Murmansk və Apatitı aeroportlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”, - məlumatda deyilir.
Federal Hava Nəqliyyatı Agentliyi əlavə edib ki, təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.
Cavid