“Erməni kilsəsi siyasi idarəçiliyə müdaxilə etməyə çalışır”
9 Dekabr 20:46
9 Dekabr 20:46
9 Dekabr 20:45
9 Dekabr 20:39
9 Dekabr 20:39
21 Noyabr 2024 10:27
1 848
Şotlandiya parlamentində “COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü” adlı qətnamə irəli sürülüb.
Azərbaycanın Britaniyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, parlamentin rəsmi internet səhifəsində yerləşdirilən qətnamədə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq və dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır.
İqlimlə bağlı fəaliyyətin sülh və əməkdaşlıq üçün xalqlar arasında necə körpü rolunu oynaya biləcəyini COP29-un təcəssüm etdirdiyi qeyd olunur.
Həmçinin dünyada davam edən münaqişələrdə iştirak edən bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran “COP Atəşkəs” təşəbbüsünə dəstək ifadə olunur.
COP29-un beynəlxalq iqlim danışıqları üçün həlledici məqam olduğu bildirlir və tədbirdə iştirak edən bütün tərəflərə iqlim böhranı ilə əsaslı şəkildə mübarizə aparmaq üçün əməkdaşlığa çağırış edilir.
Qeyd edək ki, sözügedən qətnaməni 5 siyasi partiyadan – Leyboristlər, Mühafizəkarlar, Yaşıllar, Liberal Demokratlar, Şotlandiya Milli Partiyasından 25 nəfər parlament üzvü dəstəkləyib.
9 Dekabr 21:14
1 022
9 Dekabr 21:13
1 029
9 Dekabr 19:37
1 204