Prezidentin impiçmenti təsdiqləndi Dünya

Prezidentin impiçmenti təsdiqləndi

Cənubi Koreyada qarşıdurma yarandı
Cənubi Koreyada Konstitusiya Məhkəməsi parlament səsverməsinin nəticəsini təsdiq etdikdən sonra korrupsiya iddialarındakı roluna görə tənqid edilən prezident Pak Kın Xenin impiçment olunub. Konstitusiyaya görə, yeni prezidentin seçkisi 60 gün ərzində keçirilməlidir. Rəy sorğuları göstəriri ki, yeni prezidentin seçilməsi Cənubi Koreyanın siyasi oriyentasiyasını dəyişə bilər.
Bu rəy sorğularının nəticələrinə bir vaxtlar xanım Pak Kın Xen sədaqətli müttəfiq olan mütərəqqi namizəd Moon Jaein liderlik edir. O, Şimali Koreyaya daha yumşaq münasibətin tərəfdarıdır. Prezidentin impiçmenti barədə qərara Konstitusiya Məhkəməsinin 8 hakimi yekdilliklə səs verib. Korrupsiya hallarının Samsung kimi şirkətləri, habelə dünyada üçüncü olan Cənubi Koreya pensiya fondu və universitetlərə qəbulla bağlı olduğu bildirilirdi.
Təhlilçilər impiçmentin bütün region üçün mürəkkəb vaxtda baş verdiyini bildirirlər. Şimali Koreyanın nüvə sınaqları ilə əlaqədar onun "cəzalandırılması" məqsədilə Amerikanın THAAD antiraket batareyasının Şimali Koreyada yerləşdirilməsi qərarı Çinin etirazlarına səbəb olub. Dünya agentlikləri bildirirlər ki, impiçmentə səbəb olan qalmaqal hətta Cənubi Koreyanın təlatümlü demokratiya tarixində də misilsizdir.
Prezident ən yaxın rəfiqəsi Choi Soonsilə müşavirlərindən daha böyük səlahiyyətlər verməkdə günahlandırılırdı. Məhkəmənin qərarında deyilir ki, ianələrin verilməsi üçün böyük şirkətlərə prezident özü şəxsən müraciət edirdi. İmpiçment qərarı Konstitusiya Məhkəməsinin hökmünü səbirsizliklə gözləyən böyük izdiham tərəfindən alqışlanıb. Choi prezidentə yaxınlığından istifadə edərək böyük şirkətlərdən rüşvət almaqda ittiham edilir. Onun təkcə Samsung şirkətindən 37 milyon dollar aldığı iddia edilir.
Prokurorlar bu işlə bağlı araşdırmanı "Choi-gate" adlandırıblar. Prezidentin özünə qarşı isə prokurorluq tərəfindən 13 maddə üzrə ittiham irəli sürülüb. Xanım Pak Kın Xenin özü ittihamları "nəhəng yalan" adlandırır. Bu, Cənubi Koreyanın tarixində ilk prezident impiçmentidir. 65 yaşlı xanım Pak Kın Xen ölkənin keçmiş hərbi avtokrat prezidenti Pak Chunqenin qızıdır. O, 1963-1979-cu illər ərzində Cənubi Koreyanı dünyanın qabaqcıl iqtisadiyyatlarından birinə çevirib.
Xanım Pak Kın Xen ictimaiyyət arasında "ağrılı keçmişi olan şahzadə" kimi baxılırdı, belə ki, onun atasına Şimali Koreya rəğbətlisi tərəfindən atılmış güllə anasını öldürmüşdü. Son məlumatlara görə, Cənubi Koreyanın Konstitusiya Məhkəməsinin prezident Pak Kın Xenin impiçmentini təsdiq etməsindən sonra paytaxt Seulda onun tərəfdarları ilə rəqibləri arasında toqquşmalar baş verib. Bu haqda "Renxap" agentliyi bildirib. Seulun mərkəzində baş verən toqquşmalar zamanı iki nəfər həlak olub. Ölənlərdən biri 72 yaşlı kişidir. O, başından aldığı çoxsaylı zədələrdən ölüb. Onun sabiq prezidentin tərəfdarı olduğu ehtimal edilir. Digər həlak olan barədə informasiya yoxdur.
Qeyd edək ki, Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiq edib. Konstitusiyaya əsasən, prezident seçkiləri 60 gündən sonra keçiriləcək. İmpiçmet haqqında ilk qərar 9 oktyabr 2016-cı ildə çıxarılıb. Siyasi qalmaqala prezidentin falçısı və yaxın rəfiqəsi Çxve Sun Sil səbəb olublar. O, onlarla böyük firmalara iki qeyri-kommersiya fonduna pul köçürmələri üçün təzyiq göstərməkdə ittiham edilir. Burada söhbət 65,6 milyon dollardan gedir.