Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
8 Dekabr 2024 17:02
2 891
Macarıstan hökuməti Suriya Prezidenti Bəşər Əsədin ölkəsindən qaçıb, Budapeştə getdiyi iddiası ilə bağlı yerli mətbuatda yayılan məlumatları təkzib edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu, saxta xəbərdir”, - məlumatda deyilir.
Qeyd edək ki, Macarıstanın “Magyar Hang” nəşri Əsədin yardım üçün diplomatik kanallar vasitəsilə bu ölkənin Baş naziri Viktor Orbana müraciət etdiyini, onun ailəsi və yaxın ətrafı ilə birlikdə Budapeştə gələ biləcəyini iddia edib.
Nəşr şənbə günü axşam saatlarında “sirli Suriya təyyarəsi”nin Budapeştə endiyini bildirib. Budapeştin hava limanı isə heç bir Suriya təyyarəsini qəbul etmədiyini qeyd edib.
Xatırladaq ki, Suriyadakı müxalif qüvvələrdən qaçaraq ölkəni tərk edən Bəşər Əsədi daşıyan İL-76T yük təyyarəsinin qəzaya uğradığı, Əsədin qəza nəticəsində öldüyü iddia edilib.
17 Avqust 20:41
728
17 Avqust 19:35
777
17 Avqust 17:22
882