

26 İyul 17:06
26 İyul 16:56
25 İyul 18:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ukrayna yaxın vaxtlarda Rusiya ilə yeni əsir mübadiləsi həyata keçirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahının Telegram kanalında məlumat verilib.
Yayımlanan məlumatda vurğulanıb ki, mübadilədə iştirak edən əsirlərin sayı yalnız proses başa çatdıqdan sonra açıqlanacaq.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Ukraynanın yeni əsir mübadiləsi həyata keçirdiyini bəyan etmişdi.
Zelenski bildirib ki, əsirlər artıq Ukraynaya qayıdıblar. Onların arasında Ukrayna müdafiə və təhlükəsizlik qüvvələrinin hərbçiləri, Silahlı Qüvvələrin (VSU) üzvləri, Milli Qvardiya, sərhəd xidmətinin və xüsusi nəqliyyat xidmətinin əməkdaşları var.
Prezident əlavə edib ki, mübadilələr davam etməlidir və Ukrayna hakimiyyəti əsirlikdə olan hər bir şəxsi tapıb geri qaytarmaq üçün əlindən gələni edir.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi də bəyan edib ki, Ukrayna ərazisindən daha bir qrup rusiyalı hərbçi geri qayıdıb.
Əvvəlki mübadilə 9 iyunda baş tutub və o zaman 25 yaşdan aşağı hərbçilərdən ibarət birinci qrup dəyişdirilmişdi.
Məryəm Quliyeva