Ukraynaya məxsus 15 PUA vurulub Dünya

Ukraynaya məxsus 15 PUA vurulub

Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Kursk vilayəti və Azov dənizi üzərində Ukraynanın 15 pilotsuz təyyarəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İyunun 30-na keçən gecə hava hücumundan müdafiə sistemləri Ukraynanın 15 pilotsuz təyyarəsini məhv edib: 10-u Kursk vilayəti ərazisində, 5-i Azov dənizinin suları üzərində", - deyə məlumatda bildirilir.

Cavid