“Saakaşvili Ukrayna vətəndaşlığını yenidən qazanmaq üçün mübarizə aparacaq” Dünya

“Saakaşvili Ukrayna vətəndaşlığını yenidən qazanmaq üçün mübarizə aparacaq”

Bunu vaxtilə Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasını Gürcüstan parlamentində təmsil edən azərbaycanlı deputat Azər Süleymanov deyib.

Onun sözlərinə görə, əslində, Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması məsələsinin üzərindən sükutla keçməyəcək. Ukrayna vətəndaşlığını yenidən qazanmaq üçün mübarizə aparacaq və bununla bağlı açıqlama verəcək. Əgər Ukrayna rəhbərliyi Saakaşvilinin vətəndaşlığını bərpa etməsə, gərgin mübarizə başlayacaq. Bir məsələ var ki, Saakaşvilinin Ukrayna pasportu qalır. Sadəcə, ölkəyə girişinə qadağa qoyulub: " Əgər Saakaşvili Gürcüstan hökumətinə vətəndaşlığı ilə bağlı müraciət etsə, gürcü hökuməti onun vətəndaşlığını bərpa edib, pasport verə bilər. Sadəcə, bir reallıq var: bunu Sakaşvili etməyəcək. Çünki Ukrayna məsələsi yarımçıq qalıb. Görüləsi çox işləri var. Sakaşvili özü də bu barədə deyib ki, çalışdığı qədər Ukraynada olmalıdır. Yarımçıq işlərimi davam etdirməlidir. Həyatının 13-14 ilini Ukraynada yaşadığına, Ukrayna xalqına söz verdiyinə görə, bütün planları və əbədi işləri Ukrayna ilə bağlıdır".