İran ABŞ əsgərlərini əsir götürdüyünü iddia edir Dünya

İran ABŞ əsgərlərini əsir götürdüyünü iddia edir

İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bir neçə ABŞ əsgərinin əsir götürüldüyünü açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı bu məlumatı təkzib edib.

Xalqcebhesi.az-ın məlumatına görə, Laricani "X" qəzetində yazıb ki, ABŞ hərbçilərin əsir götürülməsi ilə bağlı "həqiqəti gizlədə bilməyəcək".

Bu açıqlamaya cavab olaraq, ABŞ Mərkəzi Komandanlığının sözçüsü Əl-Cəzirəyə bildirib ki, "İran rejiminin Amerika əsgərlərini əsir götürmək iddiaları onun yalan və xəyanətinin daha bir nümunəsidir".