İran: Atəşkəs qərarını Müctəba Xamenei şəxsən qəbul edib Gündəm

İran: Atəşkəs qərarını Müctəba Xamenei şəxsən qəbul edib

İranın Ali Rəhbəri Müctəba Xamenei ölkədəki vəziyyətə tam nəzarət edir və ABŞ və İsrail ilə müharibədə atəşkəs qərarını şəxsən özü qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə İslam Respublikası Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi məlumat verib.

"O, özünü çox yaxşı hiss edir, hər şey onun nəzarəti altındadır. Ofisinə gəlir, rəsmi şəxsləri, Prezidenti, parlamentin rəsmi nümayəndəsini qəbul edir, görüşlər keçirirlər. Atəşkəs barədə qərarı da o qəbul edib", — deyə İlahi vurğulayıb.

Məryəm Quliyeva