11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
8 May 14:10
4 977
Ankara Baş Prokurorluğu mayın 6-da ODTÜ (Orta Şərq Texniki Universiteti) stadionundakı konsert zamanı dövlət bayrağının təhqir olunması ilə bağlı öz təşəbbüsü ilə araşdırmaya başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə rəsmi bəyanata istinadən "TRT Haber" məlumat yayıb.
İstintaq "dövlət suverenliyi rəmzlərini təhqir etmə", "qəsdən xəsarət yetirmə", "hədə-qorxu gəlmə" və "təhqir" maddələri üzrə aparılır.
Polisin məlumatına görə, KİV, televiziya və sosial şəbəkə materiallarının təhlili nəticəsində hadisədə əli olan şəxslər müəyyən edilib. Əməliyyat çərçivəsində 6 şübhəli şəxs saxlanılıb və onlara qarşı məhkəmə prosedurlarına başlanılıb.
Türkiyə Təhlükəsizlik Baş İdarəsinin bəyanatında dövlət bayrağının müstəqillik və milli birlik rəmzi kimi xüsusi əhəmiyyəti vurğulanıb.
İş üzrə istintaq davam edir.
Məryəm Quliyeva
11 Noyabr 23:46
735
11 Noyabr 23:45
763
11 Noyabr 23:42
756