11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
1 İyun 15:38
4 298
Ukrayna 90 milyard avroluq paketin 9,1 milyard avro məbləğindəki ilk tranşını almaq üçün Brüsselin bütün texniki tələblərini hələ yerinə yetirməyib, lakin Avropa Komissiyası (AK) bu vəsaiti iyunun sonuna qədər Kiyevə köçürmək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirilən brifinqdə məlumat verib.
"Hələ ki Ukrayna tərəfindən bir neçə texniki addımın yerinə yetirilməsi qalmaqdadır, — deyə o vurğulayıb. — Bundan sonra Avropa Komissiyası büdcə maliyyələşdirilməsinin ayrılması üçün AK-nın tələblərinin yerinə yetirilib-yetirilmədiyinə dair qərar verəcək. Məqsəd Ukraynaya 9,1 milyard avronu iyun ayı ərzində köçürməkdir. Bu vəsaitin 5,9 milyard avrosu hərbi ehtiyaclara, ilk növbədə pilotsuz uçuş aparatlarına (PUA), daha 3,2 milyard avrosu isə büdcə ehtiyaclarına yönəldiləcək".
Uyvari vurğulayıb ki, Ukrayna həmin 5,9 milyard avro ilə prioritet qaydada PUA-ları öz sənayesindən və ya Aİ-dən satın almalıdır və yalnız lazımi silahların tədarükü mümkün olmadıqda, Kiyev bu vəsaiti digər tərəfdaş ölkələrdən lazımi silahlar almaq üçün istifadə edə biləcək.
Məryəm Quliyeva
11 Noyabr 23:46
700
11 Noyabr 23:45
721
11 Noyabr 23:42
728