Tehran Vaşinqtonun tələblərinə boyun əyməyəcəyini bildirib Gündəm

Tehran Vaşinqtonun tələblərinə boyun əyməyəcəyini bildirib

İran Yaxın Şərqdə münaqişənin başa çatdırılması bəhanəsi ilə ABŞ-nin irəli sürdüyü şərtlərlə razılaşmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bəyan edib.

"İran təcavüzkarın (ABŞ nəzərdə tutulur) müharibənin dayandırılması üçün irəli sürdüyü şərtləri qəbul etməyəcək. İran İslam Respublikasının hakimiyyət orqanları bütün səviyyələrdə dövlətin müdafiəsində qətiyyətlidirlər və təcavüzkarın tələblərinə boyun əyməyəcəklər", – deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.

Diplomatın qiymətləndirməsinə görə, məhz silahlı münaqişəni başladan ölkə "öz əməllərinə görə məsuliyyət daşımalıdır".

Məryəm Quliyeva