12:44
637
İranın dəniz mühasirəsinə və ABŞ-nin digər qanunsuz hərəkətlərinə qoşulan istənilən dövlət bunun nəticələri ilə üzləşəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyan edib.
"İranın dəniz mühasirəsi təcavüz aktıdır. Xəbərdarlıq edirik ki, ABŞ-nin qanunsuz hərəkətlərinə göstərilən istənilən dəstək ciddi nəticələrə səbəb olacaq, çünki İran İslam Respublikası bu cür hallara heç vaxt dözməyəcək", – deyə "Tasnim" agentliyi Bəqainin sözlərini sitat gətirib.
Məryəm Quliyeva