Nepalda daşqından sonra 826 nəfər itkin düşmüş hesab olunur Dünya

Nepalda daşqından sonra 826 nəfər itkin düşmüş hesab olunur

Nepalın şimalında baş verən daşqından sonra ən azı 826 nəfər itkin düşmüş hesab edilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Risklərin Azaldılması və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin dərc etdiyi son hesabatda bildirilir.

"826 nəfərlə əlaqə yoxdur və onlar itkin düşmüş sayılırlar", — deyə sənəddə qeyd olunur. "Nepal Turizm Şurasının ilkin məlumatlarına görə, zərər çəkmiş ərazidə 466 xarici vətəndaş və 113 Nepal vətəndaşı — ümumilikdə 579 turist itkin düşüb", — hesabatda göstərilir. Həmçinin 29 xarici vətəndaşın fəlakət zonasından helikopterlə təxliyə edildiyi bildirilir.

"Daşqından zərər çəkmiş ərazidə indiyədək 165 cəsəd tapılıb, şəxsiyyətlərin müəyyənləşdirilməsi proseduru davam edir", — deyə idarədən əlavə edilib.

"Hazırda əsas prioritetlər yaralıların dərhal xilas edilməsi və müalicəsi, itkin düşənlərin axtarışı, təhlükəsizliyin təmin olunması və zərərçəkənlərə yardımın paylanması, dəymiş ziyan haqqında ətraflı məlumatların toplanması, zədələnmiş infrastrukturun — yolların, körpülərin, su elektrik stansiyalarının, rabitənin, su təchizatının bərpası, eləcə də zərər çəkmiş ailələrin təhlükəsiz yerlərə köçürülməsidir", — deyə idarədən əminlik verilib.

Məryəm Quliyeva