Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
12 İyun 2019 14:41
1 421
Ermənistanın dövlət borcu 2019-cu ildə artacaq.
Bu məlumatı “Sputnik Ermənistan” yayıb. Sayt 2019-cu ildə İrəvanın 490 milyon dollar xarici kredit götürəcəyini bildirib. Bu kreditlərin təxminən 40%-i Rusiyanın payına düşəcək. Götürülən kreditin böyük hissəsi Metsamor AES-in kapital təmirinə xərclənəcək. Digər vəsait isə Moskvanın verdiyi üçüncü hərbi kreditdir.
Rusiya ilə bərabər Dünya Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı, Almaniyanın KfW bankı, Fransa İnkişaf Agentliyi də İrəvana kredit verəcək. Bu kreditlərin böyük hissəsi müxtəlif layihələrin, o cümlədən “Şimal-Cənub” yol layihəsinin hazırlanmasına xərclənəcək.
Karen Karapetyanın dövründə kreditlərin yalnız layihələr üçün ayrılmasını nəzərdə tutan qərar qəbul edilsə də, İrəvan bu il də qəbul etdiyi qanuna əməl etməyəcək. Belə ki, bu il də İrəvan ümumi büdcənin dəstəklənməsi üçün kreditlər almağa davam edəcək.
Ermənistanın cari ildə alacağı kreditlərin hamısı heç də yeni kreditlər olmayacaq. Belə ki, onların böyük hissəsini davam edən mövcud kredit proqramları təşkil edəcək. Yeni kreditlər isə büdcənin dəstəklənməsi üçün götürülən borclar olacaq. Belə ki, 150 milyon dollar büdcənin dəstəklənməsi üçün götürüləcək.
Götürdüyü 490 milyon dollarlıq krediti isə İrəvan 740 milyon dollar olaraq geri qaytarmalıdır.
Qeyd edək ki, 2018-ci ilin nəticələrinə görə, İrəvanın dövlət borcu 6,923 milyard dollardır. Bu, İrəvan üçün indiyə qədər qeydə alınan ən böyük borc göstəricisidir.
15 Noyabr 17:45
1 596
15 Noyabr 17:44
1 561
15 Noyabr 17:09
1 659