Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
29 Noyabr 2019 16:17
2 030
ABŞ prezidenti Donald Trampın ötən gün Əfqanıstana sürpriz səfəri maraq doğurub. Ölkənin ən böyük hava bazası olan “Bəhram”a gedən prezident ABŞ-da qeyd olunan "Şükranlıq Günü" münasibətilə ölkəsinin əsgərləri ilə nahar edib. Səfər 2,5 saat davam edib.
Ağ Ev sözçüsü Stefani Qrişem təyyarədə jurnalistlərə verdiyi açıqlamada “Bura təhlükəli bölgədir. Amma Tramp buradakı əsgərlərə dəstək vermək istədi. Cənab və xanım Tramp ailəsindən çox uzaqda qalan insanlar olduğunu bilir və bunun xoş bir sürpriz olacağını düşündük” sözlərini deyib.
Səfərə prezidentin həyat yoldaşı Melaniya Tramp qatılmayıb. Prezidentin səfər təəssüratlarını Ağ Evin Sosial Media Direktoru Dan Skavino tvitterdən paylaşıb. Səfər Donald Trampın təhlükəsiz şəkildə səyahət etməsindən ötrü ölkəsinə qayıdana qədər ictimaiyyətə açıqlanmayıb. O, gecəyarısı Vaşinqtona dönüb.
Əfqanıstana ziyarət çərçivəsində prezident Əşrəf Qəni ilə görüşən Tramp Taliban qruplaşmasının razılığa gəlmək istədiyini, bu razılaşmanın gerçəkləşməsi ya da gerçəkləşməməsinin onlar üçün fərq etmədiyini deyib: "Taliban ilə bir razılaşma əldə edənə ya da konkret zəfər çalana qədər Əfqanıstanda qalacağıq. Son 6 ayda böyük yol qət etdik. Eyni zamanda, əsgərlərimizi də geri çəkirik. Buradakı əsgərlərimizin sayını səkkiz min altı yüzə salmağa ümid edirik”.
Qəni isə öz növbəsində Tramp liderliyi və qətiyyəti üçün təşəkkür edib. Qeyd edək ki, bu, Donald Trampın Əfqanıstana ilk səfəridir.
15 Noyabr 17:45
1 155
15 Noyabr 17:44
1 134
15 Noyabr 17:09
1 239