11 Noyabr 23:45
11 Noyabr 23:42
11 Noyabr 23:33
24 Dekabr 2019 14:45
1 946
Baş katib Altınbek Mamayusupovun rəhbərliyi ilə Baş katibin müavinlərindən ibarət TÜRKPA Katibliyinin nümayəndə heyəti Özbəkistanda parlament seçkilərinin qısamüddətli müşahidəsi üçün Daşkənd şəhərinə səfərdə olub.
Nümayəndə heyəti Mərkəzi Seçki Komissiyası və Şəhər Seçki Komissiyasında görüşlər keçirib, onlara ölkənin seçki sistemi və seçki administrasiyasında islahatlar barədə ətraflı məlumat verilib. Mərkəzi Seçki Komissiyası və Şəhər Seçki Komissiyasının rəsmiləri, həmçinin ilk dəfə parlament seçkiləri ilə yanaşı, Şəhər və Rayon (Tuman) Şuralarına baş tutan seçkilər haqqında məlumat veriblər.
Seçki günü TÜRKPA nümayəndələri Daşkəndin müxtəlif mərkəzi rayonlarında 15 seçki məntəqəsində olub. Müşahidə zamanı nümayəndə heyəti səsvermə prosesinin bütün mərhələlərini izləyib, eləcə də bir seçki məntəqəsində səslərin sayılmasını müşahidə edib.
Müşahidə proqramı çərçivəsində TÜRKPA nümayəndələri yerli KİV-ə müsahibələr verib.
11 Noyabr 23:17
833
11 Noyabr 17:52
994
11 Noyabr 14:24
959



