“Paşinyan inqilabı ikinci dəfə xalqa satır” Dünya

“Paşinyan inqilabı ikinci dəfə xalqa satır”

Erməni mətbuatının yazdığına görə aprelin 5-də keçiriləcək konstitusiya referendumu ilə bağlı təşviqat bir neçə gündür ki, çox fəal bir mərhələdədir. Ən azı, Paşinyan və partiyasının bir neçə üzvü İrəvanda və ölkənin müxtəlif bölgələrində gəzintilərə çıxır. Gəzib, dolaşır bukletlər və çiçəklər paylayır.
Referendumun məzmun və əsaslarından başqa hər şeyi paylaşırlar.
“168.Jam” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, bu, emosional fondan başqa “qürurlu bir vətəndaşın” niyə səsverməyə gedərək referenduma “bəli”deməsinə dair heç bir etibarlı dəlili əks etdirmir.
“Əslində, seçki kampaniyasına etinasızlıq konstitusiya referendumunun yalnız bir problemi - mövcud Konstitusiya Məhkəməsi tərkibindən qurtulmaq üçün nəzərdə tutulduğunu göstərən daha bir sübutdur. Bu referendumun Ermənistan və insanların həyatı baxımından başqa bir funksiyası yoxdur. Hakimiyyətə isə yalnız “inqilaba “bəli” deyirik" şüarını səsləndirmək qalıb. Yəni, Paşinyan 2018-ci il parlament seçkilərindən bu yana inqilabı ikinci dəfə satmaqdadır”, - deyə nəşr qeyd edib.
İndi böyük sual, ortaya çıxır, ermənilər bu dəfə də dəyişiklik üçün haqq ödəməyə hazır olub seçki məntəqəsinə gedərək ya dəyişikliyə, ya da həyatında heç bir dəyişikliyi nəzərdə tutmayan referenduma “bəli” deyəcəkmi?
“Belə çıxır ki, inqilabla hakimiyyətə gələn Paşinyanın məhz özü daha çox inqilabı dəyərdən salır. Keçən 2 il ərzində insanların həyat şəraitində köklü dəyişiklərlər nəzərə çarpsaydı, insanların həyat tərzini dəyişən amillər nəzərə alnmaqla strateji layihələr və planlar olsaydı, bu dəyişikliyin dəyəri yalnız o halda arta bilərdi.
Ancaq belə bir şey baş verməyib. Gələcəkdə bunun baş verəcəyinə dair hər hansı bir perespektiv yoxdur. Buna görə Paşinyan hakimiyyəti insanları “inqilab şüarları” ilə qidalandırmaq istəyir. Ancaq bu sonsuzluğa qədər davam edə bilməz. Bir gün inqilab ideologiyası birdəfəlik qaytarılmaz şəkildə dəyərdən düşəcək, bu halda insanlar bir daha inqilab şüarlarını qəbul etməyəcək. Paşinyan hakimiyyətinin indiki davranış tərzinin davam etdiyi təqdirdə isə bu artıq yaxın gələcəkdə baş verə bilər”, - deyə məqalə müəllifi qeyd edib.