Donald Tramp beş ştatda qalib olub Dünya

Donald Tramp beş ştatda qalib olub

ABŞ-ın hazırkı prezidenti Donald Tramp ilkin seçkilərdə (praymeriz) beş ştatın hər birində - Aydaho, Vaşinqton, Missisipi, Missuri və Miçiqanda qalib olub. Bu barədə ölkənin ABC telekanalı məlumat verib. Amerikalıların lideri bu ştatların sakinlərinə minnətdarlığını özünün tvitter səhifəsində yazıb.
“Respublikaçıların situasiyasında heç bir intriqa yoxdur. Bu kimi partiyadaxili mübarizədə Trampın real rəqibləri mövcud deyil. Bunun fonunda ştatların birində - Hvayda partiya fəallarının kokusunun (yığıncağının) keçirilməsi qərarı təxirə salınıb. Belə ki, səsvermələr beş ştatda keçrilib və 242 deleqat mandatı bu səsvermələrdə iştirak edib.
Şimali Dakotada respublikaçıların partiyası kokuslar keçirib. Bu yığıncaqlarda 27-28 martda keçiriləcək qurultayda ştatı təmisl edən deleqatlar müəyyənləşib. Məhz həmin tədbirdə yekun səsvermələr keçiriləcək. Baxmayaraq ki, bülletenlərdə yalnız Trampın adı qeyd edilib, respublikaçılar partiya fəallarının iclasını keçirmək qərarını veriblər.
ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden isə Aydaho ştatında keçirilən demokratların ilkin seçkilərində (praymeriz) özünün qələbəsini sığortalayıb. Bu qiyməti “The “New York Times” qəzeti verib. Nəşrə görə, Bayden Aydahoda 48% səs toplayacaq. Onun əsas rəqibi – Vermont ştatından olan senator Berni Sanders isə 42,5%-lə kifayətlənməli olacaq. Bu rəqəmlər 80% məntəqələrdən gələn məlumatlar əsasında verilib.
Qeyd edək ki, ABŞ-ın Demokratlar partiyası ötən gün Aydaho, Miçiqan, Missisipi, Missuri və Vaşinqton ştatlarında ilkin seçkilər keçirib, eləcə də partiya fəalları Şimali Dakota ştatında iclasa (kokusa) toplaşıblar. Bayden ştatların dördündə qalib olub. Belə ki, Vaşinqton və Şimali Dakotadakı səslərin nəticələri bəlli deyil.
Ötən günkü səsvermələrə qədər Bayden onu dəstəkləyən deleqatların sayına görə lider olub. O, 670, Sanders isə 574 səs toplayıb. Əgər kokuslar və prayemerizlər də nəzərə alınarsa, bu zaman sabiq vitse-prezidentin üstünlüyü Vermont ştatından olan rəqib senatorun 663 səsinə qarşı 823 deleqata qədər yüksəlir.
Bildirilir ki, prezidentliyə namizədlik üçün demokratların Vikonsi ştatının Milioki dairəsində keçiriləcək milli qurultayında (13-16 iyul) namizəd deleqatların 1991 səsini qazanmalıdır.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.