Britaniyada son sutkada koronavirusdan 113 nəfər ölübDünya
31 May 2020 21:07
2 331
Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 113 nəfər vəfat edib.
APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Departamenti məlumat yayıb.
Britaniyada indiyədək koronavirusdan ölənlərin sayı 38 489 nəfərə çatıb.