Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
6 Avqust 2020 08:58
3 885
BMT-nin baş katibi Antoniu Quterreş bütün ölkələri nüvə silahının tamamilə məhv edilməsi yoluna qayıtmağa çağırdı.
Baş katib bu barədə 1945-ci ildə ABŞ-ın Hirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümü günü çağırış edib.
"Yarandığı ilk günlərdən Birləşmiş Millətlər Təşkilatı nüvə silahının tamamilə ləğv edilməsinin vacibliyini bildirib. Ancaq bu hədəfə hələ də çatmamışıq", - A.Quterreş deyib.
"75 il nüvə silahına sahib olmağın təhlükəsizliyi gücləndirməkdənsə, zəiflədiyini başa düşmək üçün hətta çoxdur", - baş katib bildirib və soyuq müharibədən sonra yaradılan nüvə silahlarına nəzarət müqavilələrinin indi təhdid altında olduğunu etiraf edib.
"Dövlətlərin nüvə silahından tamamilə imtina etməsinə aparan ortaq bir görüşə və yola qayıtmasına çağırışımı bir daha təkrar edirəm", - A.Quterreş əlavə edib.
15 May 20:36
1 106
15 May 18:38
1 211
15 May 17:19
1 351