Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42
17 Dekabr 23:42
17 Dekabr 23:37
17 Dekabr 23:35
5 Oktyabr 2021 08:47
2 149
Ötən gün "Facebook" sosial şəbəkəsində 6 saatdan çox davam edən problemlər nəticəsində istifadəçilərin heç bir məlumatının sızması qeydə alınmayıb.
Bu barədə "Facebook" şirkətinin yaydığı açıqlamada deyilir.
Açıqlamada bildirilir: "Bu fasilə nəticəsində istifadəçi məlumatlarının sızmasına dair heç bir sübutumuz yoxdur".
Qeyd edilir ki, sosial şəbəkənin işində problem məlumat mərkəzləri arasında trafik mübadiləsini əlaqələndirən marşrutlaşdırıcıların konfiqurasiyasındakı uğursuz dəyişikliklər səbəbindən meydana gəlib:
"Mühəndislərimiz məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan əsas marşrutlaşdırıcıların konfiqurasiyasındakı dəyişikliklərin bu əlaqəni pozan problemlərə səbəb olduğunu təyin ediblər".
Xatırladaq ki, ötən gün "Facebook", "İnstagram" və "WhatsApp" 6 saatdan çox işləməyib.
17 Dekabr 23:50
1 141
17 Dekabr 23:48
1 162
17 Dekabr 23:43
1 134