Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər
Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
7 Oktyabr 2021 08:39
3 150
ABŞ və Çin ilin sonuna qədər ikitərəfli videokonfrans formatında zirvə görüşünü keçirmək üçün prinsipial razılığa gəliblər.
Bu barədə Reuters agentliyi Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsinə istinadla bildirib.
O, jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Siyasi Bürosunun üzvü, ÇKP MK-nin Xarici Əlaqələr Komissiyası Katibliyinin rəhbəri Yan Tszeçi Sürixdəki keçirilən danışıqlarda iştirak ediblər. ABŞ icra hakimiyyətinin nümayəndəsi görüşün təxminən altı saat davam etdiyini bildirdi. ABŞ rəsmisinə görə, tərəflər mart ayında Alyaskanın Ankoridc şəhərində baş verənlərdən fərqli olaraq birbaşa və genişmiqyaslı danışıqlar apardılar.