Rusiya “Rosneft”i özəlləşdirəcək Hadisə

Rusiya “Rosneft”i özəlləşdirəcək

Rusiya ölkənin ən böyük neft istehsalçısı olan "Rosneft"i özəlləşdirəcək.
AZƏRTAC "ria.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökumətinin Sədrinin birinci müavini İqor Şuvalov deyib. O, "Rosneft"in özəlləşdirilməsinin Rusiya hökuməti üçün əsas prioritet olduğunu bildirib.
Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev isə dünən etdiyi şərhdə "Bashneft"in özəlləşdirilməsinin təxirə salınmasına qərar verildiyini demişdi. Ölkənin 6-cı böyük neft istehsalçısı olan "Bashneft"də dövlətin 50 faiz paya malik hissəsinin təxminən 300 milyard rubla satışa çıxarılması gözlənilir.