“Azərbaycana qarşı təhdid və terror təhlükəsi çox böyükdür” Hadisə

“Azərbaycana qarşı təhdid və terror təhlükəsi çox böyükdür”

Abuzər Əbilov: "Yaxın Şərqdə sıxışdırılan İŞİD və digər terrorçu təşkilatlar digər bölgələrə üz tutublar"

"Uzun zaman idi ki, informasiya təhlükəsizliyi barəsində Müdafiə nazirliyinin tərkibində qurumun yaradılmasını təklif edirdik. Vətəndaşlarımız bilərəkdən və ya bilməyərəkdən telefonlar, sosial şəbəkələr vasitəsi ilə başqa-başqa məlumatlar yayırlar. İnsanlar bəzən hərbi hissələrin adlarını, nömrələrini, onların komandirlərini, orada xidmət edənlərin şəkillərini, informasiyaları bir-birilərinə ötürürlər və bundan da düşmən yararlanır. Qarşı tərəf Silahlı Qüvvələrimiz haqqında kəşfiyat məlumatlarını əldə edir. Bunun qarşısınıın alınması üçün Silahı Qüvvələrə informasiya təhlükəsizliyi təmin etmək üçün səlahiyyət verilməli idi". Bu fikirləri hərbi ekspert Abuzər Əbilov səsləndirib. Silahlı Qüvvələrə beynəlxalq terrorçuluqla mübarizə aparmaq vəzifəsinə gəldikdə isə hərbi ekspert bildirdi ki, bu bəyənilən bir haldır: "Azərbaycan bölgənin ən güclü dövlətidir. Azərbaycana qarşı təhdid və terror təhlükəsi çox böyükdür. Yaxın Şərqdə sıxışdırılan İŞİD və digər terrorçu təşkilatlar digər bölgələrə üz tutublar. Qafqaz regionu terrorçu təşkilatların sığına biləcəyi yerlərdən biridir. Buna görə də, Silahlı Qüvvələrimiz hazırlıqlı olmalıdırlar. Silahlı Qüvvələrə əlavə vəzifələr verildi Azərbaycan beynəlxalq terrorla mübarizə alyansına qoşulub. Azərbaycan kiçik qüvvə ilə Əfqanıstanda terrorla mübarizə üçün öz Silahlı Qüvvələrini göndərmişdi. Qanunda olunan dəyişikliklər Silahlı Qüvvələrin daha geniş məcrada beynəlxalq terrorçuluqla mübarizə üçün imkan yaradacaq". Silahlı Qüvvələrə mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsinin verilməsinə gəldikdə isə, Abuzər Əbilov qeyd edib ki, mütəşəkkil cinayətkarlıq müasir dövrdə çox inkişaf edib: "Əgər keçmişdə mütəşəkkil cinayətkarlıq hansısa kiçik-kiçik qruplar halında iş görürdüsə, müasir dövrdə mütəşəkkil cinayətkarlıq özünü inkişaf etdirərək böyüyüb. DİN və DTX ilə birlikdə Silahlı Qüvələrin də mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparması arzu olunan hal idi. Dünyada belə nümunələr çoxdur".
Bu vəzifələrdən sonra Azərbaycanın Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirə biləcəyi iddiası barəsində isə hərbi ekspert deyib ki, bu məntiqə uyğundur: "Dağlıq Qarabağda separatçı, cinayətkar bir qurum var. Onlar başqa dövlətlər tərəfindən həm qurum, həm də silahlı qüvvələr kimi tanınmayıblar. Ona görə də, onları terrorçu kimi qəbul etmək, həm beynəlxalq aləmin, həm də Azərbaycanın borcudur. Öz ərazisində anti-terror aparmaq üçün Azərbaycanın əlində bütün vasitələr var".