MM-in əməkdaşı Beynəlxalq mükafata layiq görülüb Hadisə

MM-in əməkdaşı Beynəlxalq mükafata layiq görülüb

Martın 4-də İstanbulda Dayanıqlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fondunun Baş Assambleyasının və Direktorlar Şurasının 10 illik yubiley iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşı Şahin Nəbiyev xalqlar arasında dostluq münasibətlərinin təşviqi və etibarlı mühitin yaradılması ilə münaqişələrin qarşısının alınması və həllində davamlı inkişafa və eləcə də separatizm, terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və müstəqilliyə qarşı aparılan mübarizədə beynəlxalq səylərin dəstəklənməsində göstərdiyi töhfəyə görə Davamlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fond tərəfindən DSİBF mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, DSİBF 4 mart 2009-cu ildə Buxarestdə Rumıniya Prezidenti Trayan Besesku və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan beynəlxalq təşkilatdır.
Regionda unikal olan bu təşkilatın İdarə Heyətinin üzvləri 40 ölkədən olan tanınmış nümayəndəliklərdir. Buraya Azərbaycan, Albaniya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Rumıniya, San Tome və Prinsipi, Serbiya, Türkiyə, Ukrayna, Xorvatiya, Monteneqro, İsveçrə və Cənubi Afrikadan olan siyasətçilər, diplomatlar və alimlər daxildir.