WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
24 Dekabr 2019 17:06
2 184
“Azəriqaz” İstehsalat Birliyinin müştəri xidmətləri bayram günlərində (31 dekabr - 6 yanvar) gücləndirilmiş iş rejimində çalışacaq.
“Azəriqaz”dan verilən məlumata görə, bununla bağlı artıq işçilərin növbə ilə çalışacaqları qrafiklər tərtib olunub, onlar tam məlumatlandırılıb. Qeyd edilən tarixlərdə Birliyin Babək prospektində yerləşən Bakı Regional Qazın Satışı Departamentində, Gəncə Regional qaz istismarı İdarəsi və Sumqayıt Regional qaz istismarı Sahəsinin inzibati binalarında ayrılmış işçilər səhər saat 09:00-dan axşam saat 18:00-dək iş başında olacaqlar. Yalnız şənbə və bazar günlərində (4-5 yanvar) xidmət saat 17:00-dək davam edəcək.
Qeyd edək ki, Birliyin mütəxəssisləri abonentlərə smart kartların verilməsi ilə yanaşı, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması, müqavilələrin bağlanması kimi xidmətləri göstərəcəklər.