Merz ABŞ və Avropa münasibətlərində parçalanma olduğunu bildirib
13 Fevral 17:58
13 Fevral 17:58
13 Fevral 16:57
13 Fevral 12:41
13 Fevral 12:09
Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil
Prezident İlham Əliyev qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışıb
Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir
Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq
Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib
30 Dekabr 2019 13:14
1 939
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və dövlət sərhədinin pozulması hallarına qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir. Dekabrın 22-də tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Biləsuvar rayonu Zəhmətabad kənd sakini Dadaşlı Pərvin Ziyafət oğlu olması məlum olub. İlkin araşdırma zamanı onun dekabrın 20-də tarixində dövlət sərhədini Azərbaycan-İran istiqamətində pozması müəyyən edilib.
Dekabrın 26-da tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Xaçmaz rayonunun Zeyxuroba kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Pakistan vətəndaşı 1991-ci il təvəllüdlü Əli Yasif Pakistani olması müəyyən edilib.
Dekabrın 27-də tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Mazımçay kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Əlcəzair vətəndaşı 1986-cı il təvəllüdlü Muhəmməd Şərif olması müəyyən edilib.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
13 Fevral 17:37
1 386
13 Fevral 17:22
1 295
13 Fevral 17:04
1 302