Qərargah: İri ticarət mərkəzləri və “Mall”arla bağlı qadağa qüvvədədir, Bakı və Naxçıvan arasında gediş-gəliş nəzərdə tutulmur Hadisə

Qərargah: İri ticarət mərkəzləri və “Mall”arla bağlı qadağa qüvvədədir, Bakı və Naxçıvan arasında gediş-gəliş nəzərdə tutulmur

“Bu mərhələdə iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti üçün yumşalma nəzərdə tutulmayıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, iri ticarət mərkəzləri və “moll”arla bağlı qadağa qüvvədə qalır.
“Yeri gəlmişkən, hazırda “narıncı zona”da olan Bakı və “sarı zona”da olan Naxçıvan arasında gediş-gəliş nəzərdə tutulmur. Yəni ümumilikdə, “narıncı zona” və “sarı zona” arasında gediş-gəliş olmayacaq. Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində və Abşeron rayonunda kafe və restoranlar fəaliyyət göstərəcək. Ancaq onların iş rejimi ilə bağlı təlimatlar olacaq. Nazirlər Kabineti bu təlimatları rəsmən təsdiqləyəcək. Bu təlimatlar təsdiqlənəndən sonra kafe, restoran, xidmət, ictimai nəqliyat və digər sahələrdə davranışların necə olacağı müəyyənləşəcək”, - deyə İ. Məmmədov vurğulayıb.