Kreml İstanbulda Rusiya-Ukrayna görüşünə dair xəbəri təsdiqləməyib
Hesablama Palatası və DVX arasında Anlaşma Memorandumu imzalanıb
Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib
FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb
Litva NATO-dan zenit qaçaqmalçılığı qrupu yaratmağı xahiş edib
6 May 2020 09:52
1 421
Bu ilin iyunun 6-dan etibarən Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti İraqda göstərilən rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək.
Qeyd olunan tarixdən "Azercell"in fakturalı və fakturasız ("Sim-Sim") xətt sisteminə aid nömrələrdə bu ölkədəki rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları qüvvəyə minəcək.
Belə ki, İraqda göstərilən rouminq xidməti üzrə daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,50 manat, bütün istiqamətlərə edilən zənglərin bir dəqiqəsi 7 manat, göndərilən hər bir SMS isə 0,50 manat təşkil edəcək.
Qeyd edək ki, hazırda bu tariflər İraqın daxili operatorlar ("Asia Cell" ("Ooredoo"), "Zain" ("Iraqna", "Orascom")) şəbəkəsindən asılı olaraq daxil olan zənglərin bir dəqiqəsi – 0,82-0,92 manat, bütün istiqamətlərə edilən zənglərin bir dəqiqəsi – 24,6-9,2 manat, bir SMS-in qiyməti isə 0,50-0,60 manat təşkil edir.