11 Noyabr 23:45
11 Noyabr 23:42
08:09
420
ABŞ-İran müharibəsinin növbəti raundunun başlaması məsələsi dünya gündəmində öz aktuallığını qoruyur. ABŞ-nin İranı əvvəlkilərdən daha böyük güclə vuracağı, hətta taktiki nüvə silahından və quru qoşunlarından istifadə ediləcəyi də danışılanlar arasındadır.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib.
"İran da buna indiyə kimi istifadə olunmayan silahlarla və Avropadakı ABŞ bazalarını belə vuracağı ilə hədələyir. Görünən odur ki, müharibənin bu raundu həlledici olacaq. ABŞ-nin üçüncü təyyarədaşlyan hərbi gəmisi də regiona yaxınlaşır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Tramp başlatdığı prosesi yarımçıq qoymaq niyyətində deyil. Hesab edirəm ki, İranın nüvə məsələsi həll edilməlidir.
Tramp bunun üçün İranı nüvə silahı ilə vurmaqdan belə çəkinməyəcək. İran isə özü ilə mümkün qədər region dövlətlərini də cəhənnəmə sürükləmək istəyir".
Cavid
08:14
77
08:03
266
11 Noyabr 23:17
868