Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib Dünya

Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda köməkçilərinə bildirib ki, Amerika vitse-prezidenti Cey Di Vensin münaqişənin nizamlanması ilə bağlı Tehranla birbaşa danışıqları bərpa etmək səylərinə qarşı deyil.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, oktyabr ayında Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə görüş təşkil etmək təklifi ilə məktub göndərib. Görüşün keçirilməsi ilə bağlı hələlik razılıq əldə olunmasa da, müzakirələr vasitəçilər yolu ilə davam edir. Qəzetin məlumatına görə, əgər Vens və İran rəsmiləri görüşməyə razılaşsalar, Doha "danışıqların növbəti mərhələsinin" keçiriləcəyi məkan kimi nəzərdən keçirilə bilər.

Məryəm Quliyeva