Araxamiyaya inanırsınızmı? Dünya

Araxamiyaya inanırsınızmı?

Əbu-Dabidə üçtərəfli sülh danışıqları başa çatıb. Bundan sonra S. Uitkoff və C.Kuşner V.Putinlə görüşmək üçün Moskvaya, oradan isə V. Zelenskinin gəlməsi gözlənilən Dublinə yola düşəcəklər. Danışıqların konkret təfərrüatları barədə məlumat azdır. Xəbərlərdə yalnız genişmiqyaslı məhbus mübadiləsi ilə bağlı çərçivə sazişindən bəhs edilir. Bu, mühüm məsələdir. Lakin bu xarakterli mübadilə razılaşmaları keçmişdə də – hətta yüksək səviyyəli sammitlər olmadan da baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sabiq deputatı Artur Bilous deyib.

"Bu günə olan məlumata görə, müharibədən sonrakı təhlükəsizlik məsələləri ilə bağlı müəyyən irəliləyiş əldə olunub. Lakin ərazi məsələsi hələ də əsas maneə olaraq qalır. Rusiya, Ukrayna Silahlı Qüvvələrinin Donbasın hazırda onların nəzarətində olan hissələrindən çıxarılmasında israr etməkdə davam edir – Ukrayna isə bu tələblə razılaşmır. Buna baxmayaraq, Araxamiya (Ali Radadakı "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri)
nikbinliyini qoruyub saxlayır. O hesab edir ki, danışıqlar müsbət istiqamətdə irəliləyir və ilin sonuna qədər müharibəyə son qoymaq üçün məqbul bir düstur tapıla bilər" - o, qeyd edib.

Bilous sual edib - Araxamiyaya inanırsınızmı? Deyə bilərik ki, çoxumuzda o, heç də müsbət hisslər oyatmır. Bununla belə, İosif Brodskinin "Roma dostuna məktub"unda yazdığı kimi: "Deyirsən, bütün valilər fırıldaqçıdır – amma mən fırıldaqçını qansoran birinə üstün tutaram!"

"Araxamiyaya baxanda insanın ağlına "hiyləgər" və ya "iş düzəldən" kimi ifadələr gəlir – amma qətiyyən "qatı şahin" (sərt xətt tərəfdarı) obrazı yox. Aydındır ki, o, hakimiyyətdəkilərlə yaxşı münasibətdə olmaq, nüfuz alverilə məşğul olmaq istəyir* - o, deyib.

Cavid