Azərbaycan dili üzərində müşahidələr daha da gücləndiriləcək Hadisə

Azərbaycan dili üzərində müşahidələr daha da gücləndiriləcək

İndi aparılan monitorinqlərlə yanaşı, ölkədə Azərbaycan dili üzərində müşahidələr bundan sonra da gücləndiriləcək.
Bunu mətbuat konfransında bu müəssisənin monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli deyib.
Q.Məhərrəmli ölkəyə idxal olunan dərman peparatlarının izahedici vərəqlərin dilinin monitorinqinin ilkin mərhələsinin yekunlaşdığını , hazırda isə paytaxtın Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri və teleradio verilişlərinin dili üzərində müşahidələr aparılması barədə məlumat verib.
İnstitutun aparıcı elmi işçisi Şahlar Məmmədov və böyük elmi işçi Zamiq Təhməzov teleradio verilişlərinin dili və dərman preparatlarında izahedici vərəqlərin monitorinqinin ilkin nəticələri, müşahidə olunan dil qüsurları haqqında ətraflı danışıblar.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.