“Erməni psixologiyası” kitabı Pakistan mətbuatında Hadisə

“Erməni psixologiyası” kitabı Pakistan mətbuatında

Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə Pakistanın tanınmış "Statestimes" qəzeti bu günlərdə çap edilən "Erməni psixologiyası" kitabından yazıb. Bu barədə kitabın ekspert qrupunun üzvü Elnur Eltürk bildirib.
Elnur Eltürkün söylədiyinə görə, kitaba olan marağı nəzərə alaraq yaxın günlərdə "Erməni psixologiyası" kitabının rus, ingilis və Türkiyə türkcəsində çapına başlayacaqlar. Kitabın başqa ölkələrdə də təqdimatı gözlənilir.
Xatırladaq ki, kitabın müəllifi Eldəniz Elgün, elmi redaktoru Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, kitabın redaktoru və "erməni toplumunun mədəniyyəti" fəslinin müəllifi Türkan Azad , ekspert heyətinin üzvləri Samirə Abdullayeva, Zaur Əhməd, Fərid Şahbazlı və Elnur Eltürkdür.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə saytları da kitab haqqında məlumat vermişdi.