“Təhsildə əsas dəyişiklik düşüncədir”
24 Aprel 19:56
24 Aprel 19:56
24 Aprel 18:54
10 Mart 2021 11:05
1 645
Azərbaycan hökuməti və Koreya İdxal-İxrac Bankının maliyyə vəsaiti hesabına Bakının Pirşağı qəsəbəsi ərazisində tullantı su təmizləyici qurğunun inşası üzrə görülən işlərin 97%-i icra edilib.
"APA-Economics"in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, tikinti-quraşdırma işlərinin cari ildə yekunlaşdırılması nəzərdə tutulub.
Bu qurğunun və mərkəzləşdirilmiş kanalizasiya sisteminin tikintisi ilə Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Zabrat, Maştağa, Nardaran, Bilgəh, Abşeron rayonunun isə Digah və Mehdiabad qəsəbələrində, Novxanı, Fatmayı, Məmmədli və Görədil kəndlərində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması və təmizlənməsi təmin ediləcək.
Hazırda qeyd olunan hövzə üzrə ötürücü kollektorun bir hissəsinin tikintisi davam etdirilir.
Eyni zamanda, Sumqayıt şəhəri ərazisindən keçərək Xəzər dənizinə axıdılan Acıdərə açıq kanalının yenidən qurulması məqsədi ilə layihə-axtarış işləri aparılıb, onun əsasında kanalizasiya və yağış-kanalizasiya kollektorlarının layihə-smeta sənədləri hazırlanaraq müvafiq işlərin icrasına başlanılıb.
Qeyd olunan işlərin icrası ilə ətraf yaşayış məntəqələrindən Acıdərə kanalına, o cümlədən Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı alınacaq.
24 Aprel 17:14
1 099
24 Aprel 16:43
1 120
24 Aprel 13:31
1 211