Milli Məclis gələn həftə toplaşacaq Hadisə

Milli Məclis gələn həftə toplaşacaq

"Elm haqqında" qanun layihəsi plenar iclasın müzakirəsinə çıxarılır

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb. Milli Məclisdən APA-ya verilən məlumata görə, fevralın 24-də keçiriləcək iclasın gündəliyinə 20 məsələ daxildir.
Bunlar "Məhkəmə və Hüquq Şurası haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və digər qanunlara, o cümlədən İnzibati Xətalar və Mülki məcəllələrə dəyişikliklərdir.
Və nəhayət uzun zamandır müzakirəsi ləngiyən "Elm haqqında" qanun layihəsinin parlamentdə plenar müzakirəsinin vaxtı məlum olub.
Milli Məclisdən APA-ya verilən məlumata görə, qanun layihəsi fevralın 24-də keçiriləcək parlament plenar iclasında müzakirəyə çıxarılacaq.
8 fəsil və 47 maddədən ibarət yeni qanun layihəsində indiyə qədər bu sahədə boşluq olan bütün məqamlar əksini tapıb. Layihəyə əsasən, Azərbaycanın elm adamları öz elmi nəticələrini və məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər.
Bundan başqa, layihədə Azərbaycanda gənc alimlərə və elmi işçilərə mənzillə təmin olunmaq üçün güzəştli kreditlər və torpaq sahələri ayrılması təklif olunur.