Qəbələdə Yohannesburq Simfonik Orkestrinin konserti Mədəniyyət

Qəbələdə Yohannesburq Simfonik Orkestrinin konserti

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də festivalın proqramına uyğun olaraq Yohannesburq Simfonik Orkestrinin konserti olub. APA-nın yerli bürosunun xəbərinə görə, "Yulian Raxlin və onun dostları" Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə keçirilən konsertdə Yohannesburq Simfonik Orkestri Rusiya və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya orkestrin müşayiəti ilə Raxmaninovun, Mendelsonun, Mosartın və digər dünya şöhrətli bəstəkarların əsərlərindən parçalar ifa edib.
Konsert böyük maraqla qarşılanıb.