“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
13 Sentyabr 2019 17:51
2 331
Sentyabrın 13-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, akademik, professor Arif Məlikovun anadan olmasının 86 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə tanınmış mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Azərbaycan musiqisinin inkişafına böyük töhfələr vermiş bəstəkarın yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən danışan Alla Bayramova qeyd edib ki, onun əsərləri təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Bəstəkar səkkiz simfoniyanın, simfonik poemanın, “Məhəbbət əfsanəsi", “İki qəlbin poeması” baletlərinin, bir çox kino və dram əsərinə yazılan musiqilərin müəllifidir.
Vurğulanıb ki, Arif Məlikov keçmiş dövrlərin musiqi mədəniyyətinin klassik ənənələrini, eyni zamanda bütün müasir musiqi cərəyan və istiqamətlərini əsaslı şəkildə mənimsəyib və bütün bunların hamısı onun individual yaradıcılıq üslubuna emal edilib. O, nəinki dahi bəstəkar, istedadlı rəssam, dirijor, eyni zamanda çoxlu sayda tələbə yetişdirən və yetişdirməkdə davam edən pedaqoq kimi hər zaman xatırlanacaq. Onun tələbələrinin əksəriyyəti müəllimdən mənimsədikləri ənənələri ləyaqətlə davam etdirirlər.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov çıxış edərək görkəmli sənətkarın milli musiqimizin inkişafındakı xidmətlərindən söz açıb, onun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə tələbələrin ifasında bəstəkarın əsərləri səsləndirilib.
31 Oktyabr 17:15
1 673
31 Oktyabr 11:59
1 806
31 Oktyabr 11:46
1 827