Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
10 Fevral 2020 17:08
3 598
“Çində koronavirusla bağlı baş verən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına bir o qədər də böyük təsiri olmayacaq”. Bu sözləri ADA Universitetinin Biznes Fakültəsinin təlimçisi Çi Han Lay Çin və Azərbaycan arasındakı münasibətləri şərh edərkən bildirib. Universitetin vergi və mühasibət üzrə mütəxəssisi əvvəlcə hazırda Çində koronavirusla bağlı baş verən iqtisadi proseslərə toxunub:
"Heç şübhəsiz ki, Çin iqtisadiyyatına bu proses çox pis təsir edir. Əhali hal-hazırda orada kilidlənib. Milyonlarla insan normal iqtisadi münasibətlərə qoşula bilmir. Öz fəaliyyətlərini davam etdirə bilmirlər. Bu Çin Xalq Respublikasının Ümumi Daxili Məhsul göstəricilərində növbəti il öz əksini tapacaq".
Çin Han Laya Şindəki bu proseslərin Azərbaycan iqtisadiyyatına nə cür təsir göstərə biləcəyini soruşduq. O isə bildirdi ki, bu məsələyə ticarət və turizm cəhətdən yanaşsaq Azərbaycan iqtisadiyyatına təsiri bir o qədər böyük deyil:
"İki ölkə arasındakı münasibətlərə yalnız iqtisadi və turizm cəhətdən yanaşa bilərik. Mövcud münasibətlər bundan ibarətdir. Lakin bu da Azərbaycan üçün bir o qədər də əhəmiyyətli olmayacaq. Çünki Azərbaycan və Çin arasında qarşılıqlı ticarət və turizm əlaqələri o qədər də geniş deyil".