BMT baş katibi Azərbaycana xüsusi proqramla gəlir Siyasət

BMT baş katibi Azərbaycana xüsusi proqramla gəlir

BMT Baş katibi Pan Gi Munun Azərbaycana səfəri ölkəmizin xarici siyasətində əlamətdar hadisəyə çevriləcək.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, BMT baş katibi Sivilizasiyalar Alyansının aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunda iştirak edəcək. "Biz bu səfəri gözləyirik.
BMT baş katibi ölkəmizə xüsusi proqramla səfər edəcək. Həmin proqramın təsdiq olunması üçün Bakıya xüsusi nümayəndə heyəti gələcək".