Din və mənəviyyat sümürücüləri Siyasət

Din və mənəviyyat sümürücüləri

Hiyaməddin Orduxanlı: "Gənclərin beyinlərini korlayırlar və bu da gələcəkdə daha da ciddi problemlər yaradacaq"
Elman Cəfərli: "Hurçuların fəalliyyətinə nəzarət gücləndirilməlidir"
Anar Turan: "Onun sözlərini cəmiyyətimizə bir mesaj kimi qəbul etmək lazımdır"

Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib ki, Azərbaycanda bir sıra strukturlarda müəyyən təriqətlərə işləyən insanlar var: "Bunlardan biri də nurçuluqdur. Onlar bizim ardıcıl olaraq milli təəssübkeşlik ruhunda fəaliyyyət göstərən alimlərə zərbə vururlar". Deputat bildirib ki, bir alim olaraq bu zərbəni şəxsən hiss edib: "Mənim 75 illiyimdən 1-2 gün öncə onların təhriki ilə mənə böyük zərbə vuruldu. Ancaq mən o zərbəni şərəflə qəbul edirəm. Çünki, mən bilirəm ki, o zərbənin ucu xaricə və onlara xidmət edən daxili qüvvələrə gedib dirənir. Bizim arxamızda xalqımız, prezidentimiz var. Ona görə də belə qüvvələr bizə güc gələ bilməz".
Ümumiyyətlə milli mənafedən çıxış edən alimlərə, jurnalistlərə, ədəbiyyat və mədəniyyət adamlarına qarşı səlib yürüşünü kimlər təşkil edir?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirdi ki, Yaqub Mahmudov doğru deyir. Onun sözlərinə görə, nəinki nurçular bütün dini təriqətlər Azərbaycan dövlətinə təhlükədir: "Nurçular həm də ona görə təhlükəlidirlər ki, onlar övladlarımızı yeniyetmə vaxtlarından öz məktəblərinə qəbul edir və həmin ailələrdən ildə 7000 manat pul alırlar. Gənclərin beyinlərini korlayırlar və bu da gələcəkdə daha da ciddi problemlər yaradacaq. Bütün dini təriqət daşıyıcıları dövlət sturukturlarından çıxarılmalıdırlar...".
Siyasi ekspert Elman Cəfərli diqqətə çatdırdı ki, nurçular eynilə İranın taktikası ilə hərəkət edirlər. Ekspertin fikrincə, İranın Bakıda yuva salmış casusları AMEA-nın institutlarında iş aparır, alimləri panfarsizm idealogiyasına uyğun yazmağa meylləndirirlər: "Bu iş bu gün də davam edir. İran, özəlliklə İran mənşəli qeyri-türklərlə işləməyə üstünlük verir. İranın Bakıdakı casus və təxribat şəbəkəsi türk düşüncəli Azərbaycan ziyalılarına qarşı illərdir qara piar aparır. Bu nüans nurçuların fəaliyyətində də sezilir. Yaqub müəllim düz deyir, nurçular artıq həddi aşıblar. Açıq-aşkar milli düşüncəli yazarlar hədəfə götürülüb. Hesab edirəm ki, nurçuların fəalliyyətinə nəzarət gücləndirilməlidir. Onlar dövlətçilik təfəkkürnüə təhlükədirlər".
Siyasi ekspert Anar Turan isə vurğuladı ki, Yaqub Mahmudov ölkəmizin hörmətli tarixçilərindən, ziyalılarındandır: "Onun sözlərini cəmiyyətimizə bir mesaj kimi qəbul etmək lazımdır. Bu ranqda olan ziyalılar çoxlarımızdan fərqli olaraq reallıqları daha çox bilirlər. Bütövlükdə götürsək, hansısa ölkədən Azərbaycana axın edən istənilən dini və ya qeyri-dini ideologiya çox zaman ya ekstremizmə yuvarlanır, ya da ölkənin milli ideoloji sütunlarını sarsıtmağa çalışır. Bu gün müəyyən qruplar var ki, Qərb ölkələrindən, qonşu İrandan və Səudiyyə Ərəbistanından ölkəmizə müxtəlif dini-ideoloji cərəyanlara məxsus baxışlar təlqin etməyə çalışırlar. Onlar yaxşı bilirlər ki, az mütaliəyə malik orta statistik azərbaycanlı ilə fikir mübadiləsi asan olacaq. Qeyri-intellektual kəsimi adaptasiya etmək uğurlu alınır nəinki intellektual kəsimi. Ona görə də ilk növbədə çalışılır ki, milli təfəkkürlü, milli düşüncəli elita sıxışdırılsın. Və bu işdə Avropanın, Amerikanın özündə belə ikrahla qarşılanan bəzi "Qərb dəyərlərini" təbliğ etməyə çalışan kosmopolit təfəkkürlü insanlar da xüsusi fəallıq göstərirlər. Milli-mənəvi dəyərləri qorumaq, onu təbliğ etmək hər bir ziyalımızın borcudur. Gənclərin də borcu həmin ziyalıların arxasınca getməkdir. Dəyərsiz dəyərləri təbliğ edənlərin arxasınca deyil".
Xatırladaq ki, bu təriqət hqında dəfələrlə mətubatda yazılıb. Bildirilib ki, "Gülən hərəkatı" xarakter etibarilə "Məbəd cəngavərləri", vəhhabilik, "Cizvit" və "Opus dei" cərəyanlarına daha çox oxşayır. Müxtəlif ideologiyalarla izoliyasiya olunmuş strukturlar siyasi məqsədlər güdərək, maraqlarının təminində istənilən yola əl atırlar. "Gülən camaatı" haqqında mediada aparılan müzakirələr bu qurum haqqında da eyni təəssüratı yaradır. "Yapışdısa, buraxmır" xarakteri camaat üçündür. Başqa sözlə, "Gülən camaatı"nın Türkiyə cəmiyyəti ilə heç bir yaxınlığı yoxdur. ABŞ-ın siyasi arenasında məqsədləri üçün ianə toplayan Fətullah Gülən Türkiyə və İslamın parçalanması düşüncəsinə sahibdir. Yəhudi lobbiçiliyi üçün də çalışan Gülən həm də müsəlman ölkələrində Xristian missionerliyi missiyasını həyata keçirir. "Xoca əfəndi" ləqəbi ilə tanınan Fətullah anti-İslam və anti-Türkiyə fəaliyyətlərinə görə, Qərbdə təqdir olunan az sayda şəxslərdən biridir. 2013-cü ilin "17 dekabr əməliyyat"ları "Gülən camaatı"nın iç üzünün aşkar olunması üçün intihar hücumu idi. Əməliyyatlarla camaatın Türkiyədə AKP iqtidarına qarşı, əslində hakimiyyəti ələ keçirmək üçün "paralel dövlət" yaratdığı bəlli oldu. Ayrı-ayrı ölkələrdə "paralel dövlət" yaratmaq metodundan daha çox "Opus dei" və "Cizvit" kimi mason təriqətləri istifadə edirlər. Təriqətlər möhkəmlənmək istədikləri ölkələrin mədəniyyət və adət-ənənələrini gizlilik üçün mənimsəyirlər. Məsələn, "Gülən camaatı" tərəfindən tez-tez türk dili olimpiyadalarının keçirilməsi eyni qəbildən sayılmalıdır. Afrikalı zəncilərin, qıyıqgöz yaponların türk dilində danışdırılması Türkiyə ictimai fikrində xoşgörü yaratmaqdır. Həmçinin Fətullah Gülənin reklam kampaniyasıdır.
Sünni teologiyasında peyğəmbərlər, şiəlikdə imamlar, camaat ilahiyyatında isə Fətullah Gülən əsas müttasifdir. Camaat Gülənin Məsih olduğuna inanır. Camaat üzvlərinin əksəriyyəti hesab edirlər ki, Gülən "Qiyamət günü"nün başlanması üçün Tanrı tərəfindən səmadan endirilib. Bu amil qurumda beyinyuma mərkəzlərinin yaxşı işlədiyini bildirir. Hətta o qədər yaxşı işləyirlər ki, nurçular Türkiyəyə qarşı mübarizəni "müqəddəs müharibə" kimi bilirlər. Camaat "Cizvit" təriqətinin lideri Əziz İqnatiusun "Kilsə qara deyirsə, ağ gördüyüm şeyin qara olduğuna inanıram" sitatında istinad edirlər. Gülənin Məsih olması qərarını da Vatikan Kilsəsi verib. Vatikana xidmət edən şəxsin Türkiyə üçün səmimi olması inandırıcı deyil.
Türkiyə hakimiyyətində möhkəmləndikdən sonra Fətullah Gülən başda Vatikan olmaqla ABŞ, Avropa İttifaqı ölkələri və İsrailin yüksək vəzifəli dövlət rəsmiləri, həmçinin CIA və MOSSAD kimi kəşfiyyat orqanları ilə əlaqə yaradaraq söz sahibinə çevrildiklərini bildirdi. Yəhudi-Xristian blokunun rəğbətini qazanan nurçular dərhal planlarının icrasına başladılar. "Dinlərarası dialoq"un gündəmə gətirilməsi, Türkiyədə kürd separatizminin gücləndirilməsi, qondarma "erməni soyqırımı"nın xarici ölkələrdə təbliğatı, vəhhabilərin Suriyaya yeridilməsi eyni qəbildən olan məsələlərdir. Bir sözlə nurçular türk milləti və İslam dininə qarşı olan bütün tezislərin əsas dəstəkçisidir. Məsələn, zaman-zaman Ermənistan-Türkiyə sərhədlərinin açılmasının gündəmə gətirilməsi gizli şəkildə AKP iqtidarı içərisində oturuşmuş "paralel dövlət"dən qaynaqlanırdı. Məqsəd məsələni qloballaşdırmaqla Türkiyə və Azərbaycan arasında ziddiyyət yaratmaq idi. Hətta camaat üzvləri xarici ölkələrdə ermənilər üçün ianələr də toplayırlar. Yəni ki, nurçuların, yaxud fətullahçıların məqsəd və niyyətləri yaxşı deyil. İç üzlərinin açılması onların Türkiyə və Azərbaycanın dövlət strukturlarından təmizlənməsi üçün əla fürsətdir.

Əli