“Tədbirlər görməyə çağırırıq” Siyasət

“Tədbirlər görməyə çağırırıq”

Həmsədr: "Dekabrın sonunda baş vermiş toqquşma Qarabağ danışıqlarının vacibliyini bir daha göstərir"

"Dekabrın sonunda baş vermiş toqquşma və faciəvi insan itkiləri bir daha Qarabağ danışıqlarının vacibliyini göstərir".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland belə deyib.
"Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə, habelə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq", - deyə o vurğulayıb.
Riçard Hoqland qeyd edib ki, münaqişənin nizamlanması istiqamətində aparılan işin davam etdirilməsi regiona davamlı sülh gətirə bilər.