“Qarabağ”ın qrup mərhələsinə yüksəlməsi bütün dünyada böyük-əks səda doğurdu” Siyasət

“Qarabağ”ın qrup mərhələsinə yüksəlməsi bütün dünyada böyük-əks səda doğurdu”

Aydın Mirzəzadə: "İnternetdəki vikipediya virtual ensiklopediyasındakı vəziyyət də bu fikri təsiqləyir"

"Avqustun 23-də Danimarka paytaxtında UEFA Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində "Qarabağ" klubunun "Kopenhagen" komandası ilə görüşdə ümumi qələbə qazanaraq qrup mərhələsinə yüksəlməsi bütün dünyada böyük-əks səda doğurdu".
Bunu deputaı Aydın Mirzəzadəbildirib.
Deputat xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də Ağdamın "Qarabağ" futbol klubunun heyətini qəbul edərkən "Qarabağ" komandasının Qarabağın adını daşıdığını bildirib: "Qarabağ" komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir".
Onun sözlərinə görə, internetdəki vikipediya virtual ensiklopediyasındakı vəziyyət də bu fikri təsiqləyir: "Qarabağ" futbol klubu haqqında müxtəlif dillərdə avqustun 22-i, 23-ü və 24-də çoxlu sayda oxunma qeydə alınıb. Məsələn, ispan dilində 180, 4 532 və 12 407, fransız dilində 131, 1 586 və 3 802, rus dilində 711, 4 725 və 11 164, italyan dilində 238, 3 460 və 15 145, portuqal dilində 98, 990 və 2 170, erməni dilində 0, 11 və 48 dəfə oxunma olub. Həmin tarixlərdə "Qarabağ" məqaləsi müxtəlif dillərdə - ingilis dilində 90, 330 və 1 302, ispan dilində 5, 32 və 90, fransız dilində 7, 18 və 45, rus dilində 196, 867 və 1 406, italyan dilində 1, 8 və 25, portuqal dilində 1, 5 və 7, erməni dilində 1, 1 və 4 dəfə, "Qarabağ münaqişəsi" məqaləsi (bəzi dillərdə məqalə "Qarabağ müharibəsi" kimi gedir) ingilis dilində 578, 1 045 və 1 708, ispan dilində 80, 532 və 933, fransız dilində 379, 94 və 174, rus dilində 498, 634 və 768, italyan dilində 58, 329 və 1 282, portuqal dilində 23, 26 və 99, erməni dilində 22, 32 və 22 dəfə oxunub".
A.Mirzəzadə deyib ki, "Azərbaycan" məqaləsinə avqustun 22-i, 23-ü və 24-də ingilis dilində 5 184, 6 933 və 9 676 dəfə, ispan dilində 699, 1 723 və 3 522, fransız dilində 493, 667 və 1 147, rus dilində 2 208, 2 316 və 2 446, italyan dilində 420, 959 və 3 329, portuqal dilində 188, 530 və 735, erməni dilində 22, 13 və 41, "Ağdam" məqaləsinə ingilis dilində 130, 2 219 və 4 052, ispan dilində 11, 437 və 871, fransız dilində 29, 291 və 578, rus dilində 67, 618 və 1 316, italyan dilində 28, 1 175 və 5 295, erməni dilində 2, 12 və 17 dəfə baxılıb.