Bakıda regional təhlükəsizlik məsələləri müzakirə olunacaq Siyasət

Bakıda regional təhlükəsizlik məsələləri müzakirə olunacaq

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri sentyabrın 7-də Bakıda görüş keçirəcək.
Trend-in diplomatik mənbəyə istinadən məlumatına görə, görüş zamanı tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Bundan başqa, Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidze üçtərəfli əməkdaşlığın digər sahələrini nəzərdən keçirəcək.