İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
21 May 2019 11:42
1 211
Ordumuzun təlimlərinə xüsusi diqqət yetirən erməni mətbuatı Ermənistandakı ictimai narahatlıqla bağlı materiallar hazırlayıb. Azərbaycan Ordusunun mayın 20-dən 24-dək keçirilən təlimlərinə toxunan erməni mətbuatı Ordumuzun yüksək döyüş hazırlığı nümayiş etdirildiyi bu təlimlərin növbəti Aprel savaşına hazırlıq olub-olmaması və Ermənistanın bu vəziyyətdə nə etməli olduğu sualına cavab tapmağa çalışıb.
Hərbi ekspert Taron Ovannisyan 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopterimizin təlimə cəlb olunduğunu sadalayaraq, son iki ayda Azərbaycan Ordusunun 3-cü təliminin təsadüf olmadığını və “narahatlığa əsas” yaratdığını bildirib.
Ekspert bildirib ki, rəsmi Bakı təlimlərin “əks-hücum” xarakterli olduğunu bəyan etməklə əslində “aqresiyasını” gizlətməyə çalışır. Çünki təlimlər müdafiə xarakterli deyil, əsl hücum məşqləridir.
Bununla da Ovannisyan əslində Azərbaycan Ordusunun hərbi təlimlərinin miqyası və xarakterinin Ermənistan üçün nə dərəcədə “vahiməli” olduğunu etiraf edib.